Müdafiə Nazirliyinin İstirahət Evinin rəisi, mayor İlham Haqverdiyev barəsində qətimkan tədbirinin seçilməsi ilə bağlı məhkəməyə təqdimat daxil olub.
Oxu.Az xəbər verir ki, təqdimata bu gün Bakı Hərbi Məhkəməsində baxılıb.
Məhkəmə istintaq orqanının təqdimatını təmin edib və İ.Haqverdiyev barəsində həbs qətimkan tədbiri seçilib.
Müdafiə Nazirliyinin İstirahət Evinin rəisi saxlanılıb.
Oxu.Az-ın məlumatına görə, mayor İlham Haqverdiyev korrupsiya cinayətində təqsirləndirilib.
Ona qarşı Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) maddəsi ilə cinayət işi başlanılıb və o, məsuliyyətə cəlb edilib.

