Müdafiənin ön xətti rus əsgərlərinin cəsədləri ilə doludurbackend

Müdafiənin ön xətti rus əsgərlərinin cəsədləri ilə doludur

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Müdafiənin ön xətti rus əsgərlərinin cəsədləri ilə doludur

Ukrayna Prezidenti Volodimir Zelenski özünün növbəti videomüraciətində deyib ki, Ukrayna müdafiəsinin ön xətti “rus əsgərlərinin cəsədləri ilə doludur”.

Bu barədə Editor.az “Ukrainskaya Pravda”ya istinadən xəbər verir.

Prezident qeyd edib ki, xüsusilə şiddətli döyüşlərin getdiyi müdafiəmizin ön xətti rus əsgərlərinin cəsədləri ilə doludur. Və bu meyitləri, bu cəsədləri heç kim götürmür. Əvəzində rus qoşunlarının komandanlığı hücuma yeni birliklər və ehtiyat qüvvələri toplayır.

Biz başa düşürük ki, Rusiyanın sonsuz insan resursu və çoxlu texnikası, raketləri, bombaları var…Amma mən Rusiya vətəndaşlarından soruşmaq istəyirəm: bu illər ərzində sizə neyləyiblər ki, bu qədər itkilərin fərqinə belə varmırsınız…

  Editor.az