Müəllim şagirdindən uşaq doğdu – Məktəb valideynə bu qədər pul ödəyəcək – FOTObackend

Müəllim şagirdindən uşaq doğdu – Məktəb valideynə bu qədər pul ödəyəcək – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-nin Kaliforniya ştatında qadın müəllim öz şagirdindən uşaq dünyaya gətirib.

Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, həmin müəllim və onun işlədiyi məktəb məhkəməyə verilib. Orta məktəb 2 ayrı qurban şagird tərəfindən məhkəməyə verilərək ümümilikdə 8.5 mln dollar təzminat ödəməli olub.

Qurbanın sözlərinə görə o, hələ 16 yaşı olarkən 15 dəfə ayrı-ayrı vaxtlarda, həm sinif otağında, həm də müəllimin evində cinsi istismara məruz qalıb. Laura Whitehurst adlı müəllim bu qanunsuz əməllərinə hələ 2007-2008-ci illərdə 14 yaşlı şagirdi ilə başlayıb.

2014-cü ildə o, 6 aylıq həbs cazası alıb, uşağı da elə həmin ildəcə dünyaya gətirib.

Qurbanın dediklərinə görə məktəb rəhbərliyi bundan xəbərdar olsa da, onun ailəsini məlumatlandırmayıb.