“Müəllimlər Günü”nü ləğv edin! – Tanınmış simadan QALMAQALLI SÖZLƏR…backend

“Müəllimlər Günü”nü ləğv edin! – Tanınmış simadan QALMAQALLI SÖZLƏR…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Videonu izləyən kimi bu müəllimin dərdinin gündəmə gəlmək oldugunu anlamaq çətin deyil. İşlərimin çoxlugundan günü belə unutmuşdum. Çəkilən videorolik mənə gülməli və absurd gəldi, düzü. Sonra maraq məni bürüdü, nə üçün ölkədə yalnız oktyabrın 5-i yaxınlaşanda bu qədər ajiotaj yaranır?!” 

 

Yenisabah.az xəbər verir ki, yuxarıdakı fikirləri “Vəfa” Sosial Problemlərin Həllinə Dəstək İctimai Birliyinin sədri, müəllimə Fatimə Hacıbəyli sosial media hesabında paylaşıb. O, mövzuya belə davam edib:

“Digər peşə sahibləri : neftçilər, jurnalistlər, həkimlər təltif olunurlar, dövlət tərəfindən qiymətli hədiyyələr; ev, avtomobil, mükafatlar alırlar, bu çox təqdirəlayiqdir. Əslində, belə də olmalıdır, bunlar insana motivasiya verir. Amma müəllim günü gələndə bir dəstə çiçək belə rüşvət sayılır”.

F.Hacıbəyli bildirib ki, inkişaf etmiş ölkələrdə müəllimlər üçün hər hansı bir gün xüsusi olaraq qeyd olunmur:

“Mən tam əminliklə deyirəm, dərs dediyim müddətdə nə pul, nə hədiyyə almışam. İctimai sektorda böyük bir təşkilatın rəhbəriyəm, yəni örnək olmalıyam, olacağam da. Ancaq illərlə həyatını, ömrünü, gəncliyini, sağlamlığını təhsilə həsr etmiş müəllimi bir dəstə güllə sevindirmək qəbahətdirmi? Oktyabr ayı daxil olmadan bütün kütləvi informasiya vasitələri, sosial şəbəkələr müəllimləri “qılınclamağa” başlayırlar. Birdəfəlik bu günü ləğv edin, hamı dincəlsin. İnkişaf etmiş ölkələrdə bu gün qeyd olunmur, çünki hər gün müəllim günüdür, onlara verilən qiymətlə, göstərilən hörmətlə,qayğı və diqqətlə bunu sübut edirlər”.