Müəllimlərə şad XƏBƏR: Vəsait artırılırbackend

Müəllimlərə şad XƏBƏR: Vəsait artırılır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ölkəmizdə həyata keçirilən genişmiqyaslı islahatlar təhsil sektoruna da öz müsbət təsirini göstərib, təhsilin inkişafı sahəsində mühüm strategiya və proqramlar qəbul edilib.

Milli.Az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev bu gün Milli Məclis komitələrinin birgə iclasında deyib.

O bildirib ki, təhsilin inkişafı ilə bağlı qəbul olunan mühüm strategiya və proqramlar nəticəsində son illərdə dövlət büdcəsindən təhsilə ayrılan xərclər əhəmiyyətli şəkildə artıb.

“2025-ci ilin büdcə layihəsində Təhsil bölməsi üzrə 4.95 milyard manat (büdcədə xüsusi çəkisi 12% olmaqla) vəsait proqnozlaşdırılıb. Bu, ötən illə müqayisədə 396 milyon manat çox olmaqla, 8.7% artım deməkdir.

Təhsil bölməsində Elm və Təhsil Nazirliyi üçün nəzərdə tutulmuş vəsait 4.32 milyard manat proqnozlaşdırılıb ki, bu da ötən illə müqayisədə 197 milyon manat çox olmaqla, 4.8%  artım deməkdir”.

Nazir əlavə edib ki, 2025-ci ilin büdcə layihəsində Elm köməkçi bölməsi üzrə ötən illə müqayisədə 8.3 milyon manat çox (3.5% artım) olmaqla ümumilikdə 244.4 milyon manat vəsait proqnozlaşdırılıb.

“Bu vəsaitin 81.1 milyon manatı Elm və Təhsil Nazirliyi tabeli elmi müəssisə və təşkilatlar üçün nəzərdə tutulub ki, bunun da 80%-i və ya 65.3 milyon manatı əməyin ödənişi xərcləri təşkil edir”.