Müğənni Gülşən HƏBS EDİLDİ – FOTO/VİDEObackend

Müğənni Gülşən HƏBS EDİLDİ – FOTO/VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Konsertində İmam Hatip liseyi şagirdlərinə dediyi sözlərə görə nəzarətə alınan müğənni Gülşən Sülh Cəza Hakimliyi tərəfindən həbs edilib.

Bu barədə “TRT Haber” məlumat yayıb.

Gülşənə qarşı İstanbul Respublika Baş Prokurorluğu tərəfindən Türkiyə Cəza Məcəlləsinin 216-cı maddəsi çərçivəsində “xalqı kin və düşmənçiliyə sövq etmək və ya təhqir etmək” maddəsi ilə istintaq başladılıb.

Prokurorluğun təlimatı ilə polis qrupları hərəkətə keçib. Beşiktaşdakı evində saxlanılan Gülşən istintaqı aparan prokurora ifadə vermək üçün İstanbul Ədliyyəsinə aparılıb.

O, prokurorluğa verdiyi ifadədən sonra həbs edilib.

Gülşən sosial media hesabında paylaşdığı paylaşımda dediyi sözlərə görə ictimaiyyətdən üzr istəyib.

 

 

  •