Müğənni Nurlanın düşdüyü acınacaqlı VƏZİYYƏT-VİDEObackend

Müğənni Nurlanın düşdüyü acınacaqlı VƏZİYYƏT-VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün bəşəriyyətin ən böyük problemlərindən biri olan narkomaniya günü-gündən daha geniş kütləni ağuşuna alır.

2012-ci ildən Youtube kanalı açan bloger Nail Kəmərli uzun müddətdir “Ağ ölüm” adlandırılan bəlanın qurbanlarını çəkib cəmiyyətə təqdim etməklə məşğuldur.

Bloger çəkdiyi videolar vasitəsi ilə həm cəmiyyəti maarifləndirdiyi, həm də narkotik qurbanlarını cəmiyyətə təqdim etməklə bu yola addım atanları yolundan döndərə biləcəyini qeyd edir.

Nail Kəmərlinin sonuncu videosunun qəhrəmanı isə bütün hər kəsi kədərləndirib. Bir zamanlar maddi durumu normal olan, müğənni kimi fəaliyyət göstərib nailiyyətlər əldə edən Nurlan yaşadığı şərait, düşdüyü vəziyyəti izah edərək müalicə olunmaq istədiyini bildirir.

Sonda onu da qeyd edək ki, “ağ ölüm”dən qurtulmağın müxtəlif yolları vardır. Burada cəmiyyət olaraq hər kəsin üzərinə sosial vəzifə düşür. Gəncləri, uşaqları bu bəladan uzaq tutmaq, onlarla “ağ ölüm”ün fəsadlarından danışmaq və bu qəbildən müəyyən tədbirlər görmək lazımdır. Nurlana isə sağalıb, yenidən uğurları ilə gənclərə nümunə olmağı arzu edirik.

//sfera.az