Müğənni Rəqsanə İsmayılova ev dustaqlığına buraxıldıbackend

Müğənni Rəqsanə İsmayılova ev dustaqlığına buraxıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bir milyon manatlıq dələduzluq ittihamı ilə həbs edilən müğənni Rəqsanə İsmayılova ev dustaqlığına buraxılıb.

Oxu.Az xəbər verir ki, Sabunçu Rayon Məhkəməsi belə qərar qəbul edib.

Məhkəmə müğənninin vəkili Hikmət Əliyevin vəsatətini təmin edib. Rəqsanə barədə seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəz edilib.

Belə ki, müğənni ilə zərərçəkənlər məhkəmədə razılığa gəliblər. Və R.İsmayılova dəymiş ziyandan 100 min manatı ödəyib.