Müğənni Sevinc hamilədir? – FOTObackend

Müğənni Sevinc hamilədir? – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Müğənnilər Sevil və Sevinc Səfərova bacılarının bir neçə gün əvvəl sosial şəbəkədə paylaşdıqları foto müzakirələrə səbəb olub.

Fotoda Sevincin kilolu düşməsi izləyicilərin diqqətini çəkib. Onlar müğənninin kökəldiyini, bəziləri isə onun hamilə olduğunu iddia ediblər. Şərhlərə qəzəblənən Sevinc başqa rakursdan çəkilən foto paylaşaraq bunları yazıb:

“Şəxsi həyatımla bağlı bir çox paylaşım edənlərə demək istəyirəm ki, bu heç xoş deyil. Mənim artıq çəki almağım və ya onun səbəbi sizi maraqlandırmamalıdır! Niyə kökəldiyim sizə qalıb? Yaşadıqlarımdan zərrə qədər xəbəriniz yoxdur. Bu ixtiyarı sizə kim verib ki, ağlınıza yox, ağzınıza gələn təxəyyülünüzü çap edirsiniz? Bəsdirin, insanların həyatı ilə oynadınız! Müğənni də insandır, onun da şəxsisi, ailəsi var. Düşüncəniz olsun, qəlb qırmayın”.