Müğənni şikayət etdi: Bacımı bezdiriblərbackend

Müğənni şikayət etdi: Bacımı bezdiriblər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Müğənni Aygül Səfərova Daxili İşlər Nazirliyinə müraciət edib.

Editor.az lent.az-a istinadən xəbər verir ki, o, sosial şəbəkədə yaydığı müraciətində özünün və ailə üzvlərinin “tiktok” sosial şəbəkəsində təhqir olunduğunu qeyd edib.

Müğənni bildirib ki, özü ilə yanaşı atası və bacısı da sosial şəbəkədə yaradılmış səhifələrdə qeyri-etik formada təqdim edilir və təhqir olunurlar. O deyib ki, bu paylaşımlar yaşlı atasına və tibb işçisi olan bacısına pis təsir edir: “Bacım bu paylaşımlara görə bezib.”

Müğənni DİN rəhbərliyindən bu şəxslərin tapılıb cəzalandırılmasını xahiş edib.