Muğla yanırbackend

Muğla yanır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin Muğla vilayətinin valisi İdris Akbık bildirib ki, ötən gün günorta saatlarında baş verən güclü meşə yanğını səbəbindən türk xilasediciləri Muğla vilayətinin Milas rayonunda kənd sakinlərini təxliyyə etməli olublar.

Zeytun bağında başlayan yanğın 20-yə yaxın təyyarə və helikopterin, eləcə də 70-dən çox yanğınsöndürən maşının operativ şəkildə rayona köçürülməsi sayəsində bir müddət nəzarət altına alınsa da, axşam saatlarında yenidən alovlanıb. Muğla vilayətinin valisi İdris Akbık bildirib ki, yanğın yaşayış binalarının yaxınlığındakı meşə sahəsini əhatə edib.

Bu səbəbdən xilasedicilər Çakıralan kəndinin bütün sakinlərini, 350 nəfərdən 60 ailəni təcili olaraq təxliyə etməli olublar. Yanğının söndürülməsi davam edir. Prosesə mütəxəssislərdən əlavə yerli əhali, mədənçilər, QHT nümayəndələri və təhlükəsizlik qüvvələri də qoşulub.

//Samir Qurbanov, Editor.az