Sosial şəbəkələrdə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın mühafizəçisinin Rəisə qarşı potensial təhlükəyə ildırım sürəti ilə reaksiya göstərdiyi video yayılıb.
Mühafizəçilər cənab Ərdoğanın pencəyinə bir eşşəkarısının endiyini görüb, arxadan ona yaxınlaşıb vəonu prezidentin kürəyindən salaraq ayağı ilə əzib. Bu zaman Türkiyə lideri ölkənin milli parlamentində çıxış edib və mühafizəçinin hərəkətlərinə heç bir reaksiya verməyib.
//Samir Qurbanov, Editor.az

