Müharibənin qlobal ərzaq bazarına MƏNFİ TƏSİRLƏRİ: “Qiymətlər sürətlə BAHALAŞIR”- Millət vəkilindən AÇIQLAMAbackend

Müharibənin qlobal ərzaq bazarına MƏNFİ TƏSİRLƏRİ: “Qiymətlər sürətlə BAHALAŞIR”- Millət vəkilindən AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Rusiya-Ukrayna müharibəsi qlobal ərzaq bazarına ciddi təsir göstərməkdədir. Xüsusilə nəzərə alsaq ki, Ukraynanın 70 milyon dollarlıq ixracatı dayanıb və digər tərəfdən Rusiyanın 350 milyon dollarlıq ixracatının əhəmiyyətli bir hissəsi xammal, bunun da bir hissəsi ərzaq məhsulları idi, hal-hazırda yarana biləcək böhranı təsəvvür etmək elə də çətin deyil. Rusiya buğda ixracatına görə dünyada birinci, Ukrayna ilk beşlikdə, Qazaxıstan isə 9-cu yeri tuturdu. Hər üç ölkə Rusiya-Ukrayna müharibəsindən sonra buğda ixracatını dayandırıb ki, bu da ərzaq bazarına birbaşa mənfi təsir göstərir”.

Bu sözləri Editor.az-a açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov deyib.

Millət vəkilinin sözlərinə görə, Ukrayna böhranının davam etməsi ərzaq bazarındakı tərəddüdləri artırır:

“Bu, dünya bazarında ərzaq qıtlığının dərinləşməsinə gətirib çıxara bilər. BMT həm müharibə, həm də digər qlobal səbəblərdən dünyada iki milyard nəfərin aclıq təhlükəsi ilə üz-üzə qalacağını bəyan edib. Bu isə ondan xəbər verir ki, müharibə əksər dünya ölkələrinə neqativ təsir göstərməkdədir. Azərbaycan Respublikası Nazirlər Kabineti həm antiinflyasiya, həm də ölkəmizdə ərzaq qıtlığının yaranmaması üçün tədbirlər planı həyata keçirir. Əsas məqsəd yerli istehsalın genişləndirilməsinə nail olmaqdır. Bu istiqamətdə ciddi addımlar atılır. Hesab edirəm ki, Rusiya -Ukrayna müharibəsi bu konteksdə regional və qlobal bazarlara təsirlərini davam etdirəcək”.

//Gülnarə Abasova, Editor.az