Müharibə başlayandan bəri Rusiya Ukraynanın 30 merini oğurlayıbbackend

Müharibə başlayandan bəri Rusiya Ukraynanın 30 merini oğurlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kiyev meri Vitali Kliçko müharibə başlayandan bəri Rusiya işğalçı qüvvələrinin Ukrayna şəhərlərinin 30 merini oğurladığını açıqlayıb.

Editor.az report-a istinadən xəbər verir ki, bu barədə siyasətçi “Spiegel”ə müsahibəsində bildirib.

“Merlər hər yerdə hədəf idi. Rusiyalılar merləri həbs etməyə və onları əməkdaşlığa məcbur etmək üçün müxtəlif üsullardan istifadə etməyə çalışıblar”, – Ukrayna paytaxtının rəhbəri izah edib.

Kliçkonun sözlərinə görə, hökumət yerli məmurlara potensial işğal halında şəhərlərini tərk edib-etməmələri barədə dəqiq cavab verməyib. O əlavə edib ki, ukraynalılar özləri belə bir qərar qəbul etməli olublar.

“Vəziyyət çətin idi: əgər siz öz icmanızla birlikdə qalsanız, siz satqınsınız… Biz bir neçə dəfə hökumətdən göstəriş verməsini xahiş etmişik: qalmaq, yoxsa evakuasiya etmək? Amma dəqiq cavab almadıq”, – Kliçko yekunlaşdırıb.