Müharibə bitir?-Ukrayna qələbəyə doğru irəliləyir-ŞƏRHbackend

Müharibə bitir?-Ukrayna qələbəyə doğru irəliləyir-ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna fevralın 24-də Rusiyanın təcavüzü başlayandan bəri işğal etdiyi ərazilərin 52,5%-ni azad edib.

Bu barədə müharibənin ilk günlərindən Ukraynada hərbi əməliyyatların xəritəsini çəkən isveçli OSINT tədqiqatçısı DefMon məlumat verib.

Mövzu ilə bağlı Editor.az-a açıqlama verən politoloq İlyas Hüseynov bildirdi ki, Rusiya-Ukrayna müharibəsi fevral ayından davam edir. Müharibənin bu qədər uzanması Rusiyanı kifayət qədər tükəndirir:

“Qərb koalisiyası münasibətlərin kəskinləşməsinə güvənir. Bununla da sanksiyalar, məhdudiyyətlər öz işini görür.
Eyni zamanda, Rusiyanın 4 Ukrayna vilayətini işğal etdikdən sonra, həyata keçirdiyi referendumlar da müharibədə dönüş yarada bilmədi. Əksinə bundan sonra Ukrayna silahlı qüvvələri Xerson vilayətini azad etdi və bu hadisə bayram kimi qeyd olundu. Ukrayna öz yolundan geri dönməyəcək. Digər əraziləri də işğaldan azad edəcək. Rusiya geri çəkilməklə əraziləri minalayır, strateji əhəmiyyətli körpüləri partladır və müdafiə istehkamları formalaşdırır. Rusiya iqtisadi, maliyyə və siyasi sahədə təzyiqi əsasən qış aylarına saxlayır”.

Politoloqun fikrincə, Avropa son illərin ən sərt qışına hazır olmalıdır:

“Şimal axını qaz kəmərinin tam şəkildə işləməməsi Avropaya çətinliklər yaşadacaq. Ukraynaya Qərb koalisiyası geniş miqyaslı yardımlar edir ki, müharibə Rusiyanın xeyrinə başa çatmasın. Lakin artıq Rusiya da ələ keçirdiyi torpaqları itirmək istəmir. Buna görə də Rusiya Federasiyasının prezidenti digər ölkə vətəndaşlarının Rusiyada xidmət keçməsi ilə bağlı fərman imzalayıb. Bundan görünür ki, Rusiyanın 300 minə qədər şəxsi qismən səfərbərliklə cəlb etməsi də önəmli dönüş formalaşdırmadı.
Hazırda müharibənin dayandırılması ilə bağlı müxtəlif fikirlər irəli sürülsə də konkret bir nəticə yoxdur. Müharibə növbəti ilə də davam edəcək. Türkiyənin sülh istiqamətindəki addımları da cavabsız qalsa da hər iki tərəf vasitəçiliyini qəbul edir”.
 
//Safura Bənnayeva, Editor.az