“Müharibə bu tarixdə bitəcək, Rusiya məğlub olacaq” – Şok proqnozbackend

“Müharibə bu tarixdə bitəcək, Rusiya məğlub olacaq” – Şok proqnoz

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Rusiyada səfərbərlik olmasaydı, Ukraynadakı bütün rus qoşunları bu qış darmadağın ediləcəkdi”

Bunu ukraynalı hərbi ekspert Yevgen Diki deyib.

Ekspert hesab edir ki, təlim keçməmiş ehtiyat hərbçilərin cəbhə xəttinə göndərilməsi Ukraynanın qələbəsini bir qədər gecikdirir:

“Bu biokütlə Ukraynada hələ də yaşayan və döyüşən peşəkar ordunu əvəz etmək üçün istifadə olunacaq. Çox pis durumdadırlar, amma böyük sayda biokütlənin ölkəmizə doldurulması Ukraynadakı rus qüvvələrinin darmadağın edilməsini gələn ilin yaza qədər təxirə sala bilər. Beləliklə, hər şey qışda bitəcək”.

 

Diki həmçinin Rusiyanın müdafiə sənayesi ilə bağlı kritik vəziyyətdən danışaraq, onun xarici komponentlərdən asılılığına diqqət çəkib.

“İndi Rusiya elə bir vəziyyətdədir ki, sanksiyalara görə dollarla istədiyini ala bilmir”, – ekspert əlavə edib.

Teleqraf.com