Müharibə daha qanlı fazaya qədəm qoyur: “Hansısa qeyri-adi hadisə baş verməyincə…”- ŞƏRHbackend

Müharibə daha qanlı fazaya qədəm qoyur: “Hansısa qeyri-adi hadisə baş verməyincə…”- ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“İki ildən çoxdur davam edən Rusiya-Ukrayna müharibəsi daha da qanlı fazasına qədəm qoyacaq. Rusiya ciddi şəkildə hücuma hazırlaşır. Ukrayna da Qərbin bir neçə aylıq dəstəyinin kəsilməsi fonunda əmələ gələn silah-sursat çatışmazlığı nəticəsində yaranmış boşluğu doldurmaq üçün ciddi şəkildə silahlandırılır. Ukraynaya daha müasir və əvvəllər verilməyən radiusda düşməni məhv edə biləcək silahlar verilir. “F-16″ təyyarələrinin tezliklə verilməsi gözlənilir. Hava hücumundan müdafiə sistemlərinin tədarükü artırılır”.

Bu fikirləri Editor.az-a açıqlamasında politoloq Azər Qasımov deyib.

Onun sözlərinə görə, müharibənin həlledici məqamının yaxınlaşdığını hesab etmək olar:

“Amma bu, hələ müharibənin sona çatacağı anlamına gəlmir. ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Salivanın Ukraynanı 2025ci il baş tutacaq əks-hücuma hazırladıqlarını söyləməsi bir çox mətləbləri açır. Görünən odur ki, bu müharibə hələ uzun zaman davam edəcək.

Rusiya ciddi cəhdlə yeni ərazilər zəbt etmək istəyir. İlin sonuna yaxın İsveçrədə keçiriləcək Sülh Sammiti hansısa sülh müqaviləsi bağlanması üçün ümidlər yaradır. Amma bu, mümkün kimi görünmür. Çünki tərəflərin atdığı addımlar sülh haqqında danışmağa imkan vermir. ABŞ-da ilin sonunda keçiriləcək prezident seçkilərinin nəticəsi prosesə ciddi təsir edə bilər. Tərəflər də əslində buna hesablanmış planlar qururlar. Hansısa qeyri-adi hadisə baş verməyincə, məsələn, Rusiyanın nüvə silahı işlətməsi, ölkə liderlərinin birinin aradan götürülməsi və s. bu müharibənin tezliklə bitəcəyi gözlənilmir. Qərb Rusiyanı belə durumda yaxalamışkən onu rahatladacaq şəraiti ona hədiyyə etməz”.

//Gülnarə Abasova, Editor.az