Müharibə davam edərsə, Zelenski devrilə bilər – ABŞ dəniz piyadalarının keçmiş kapitanıbackend

Müharibə davam edərsə, Zelenski devrilə bilər – ABŞ dəniz piyadalarının keçmiş kapitanı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukraynada münaqişə davam edərsə, prezident Volodimir Zelenski çevrilişlə devriləcək.

Editor.az bildirir ki, bu sözləri ABŞ dəniz piyadalarının keçmiş kapitanı və İraq müharibəsi veteranı Metyu Ho deyib. Onun fikrincə, Ukrayna lideri ölkənin “dəhşətli vəziyyətdə” olduğunu başa düşür. “Münaqişə davam edərsə, onun ölkəsi məhv olmaqda davam edəcək. Onun üçün ən yaxşı ssenaridə münaqişə dondurulacaq. Ən pis halda – dağılma və dövlət çevrilişi.

O, indi çarəsizdir”,- deyə ekspert “Judging Freedom” YouTube kanalında qeyd edib. Ho həmçinin əlavə edib ki, Ukraynanın münaqişədə qalib gəlmək şansı yoxdur, çünki onun rəqibi çox güclüdür. Xatırladaq ki, bundan əvvəl MKİ-nin keçmiş analitiki Larri Conson demişdi ki, Zelenski hücumda uğur qazanmadığı üçün hərbi çevrilişlə devrilə bilər.

Consonun fikrincə, Kiyevin Qərb müttəfiqləri Rusiyanı zəiflətməyə çalışarkən ciddi səhv hesablama aparıblar, əvəzində isə Ukraynanı parçalanma astanasına qoyublar.

//Samir Qurbanov, Editor.az