Müharibə əlillərinin rüsumlardan azad edilməsi təklif edilirbackend

Müharibə əlillərinin rüsumlardan azad edilməsi təklif edilir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şəhid ailələrinin və qazilərin sosial təminatının yaxşılaşdırılması Prezidentin diqqət mərkəzindədir.

Editor.az APA-ya istinadən bildirir ki, bunu bu gün Milli Məclisin iclasında deputat Musa Quliyev deyib.

O bildirib ki, “Dövlət rüsumu haqqında” qanunda şəhid ailələri və qazi ailələrinə güzəştlər nəzərdə tutulsa da, Qarabağ müharibəsi əlilləri bu rüsumlardan azad deyil: “Bu, uyğunsuzluq yaradır. Qanunvericiliyə bununla bağlı dəyişiklik edilsin. Əlaqədar hökumət orqanları ilə bu məsələni araşdıraq və bu uyğunsuzluğu aradan qaldıraq”.

M. Quliyev həmkarı Naqif Həmzəyevin təklifini dəstəkləyib: “Gəncə aeroportunun adının dəyişdirilərək Nizami Gəncəvinin adına verilməsi çox mühüm hadisə olar. Ölkənin tanınması baxımından, gələn turistlərin daha çox məlumat alması üçün bu, çox yaxşı addım olar”.