Ötən gün Ukraynanın paytaxtı Kiyevə edilən hücumlar dünya gündəmini zəbt etdi. Hücumlara görə onlarla insan şəhəri tərk etməli olub. Şəhərdə qalan mülki əhali və əsgərlər son nəfəslərinə qədər şəhəri müdafiə edəcəklərini bildirirlər.
Maraqlıdır Rusiyanın güclü ordusu niyə hələ də Kiyevə girə bilmir?
Editor.az xəbər verir ki, mövzu ilə bağlı nüfuzlu “Washington Post” qəzeti geniş məqalə ilə çıxış edib.
Qəzetin yazdığına görə, birinci ən əsas səbəb yanlış hesablamalar və taktiki səhvlərlə bağlıdır:
“Bu uğursuzluğa Rusiyanın aşkar taktiki səhvləri, Ukraynanın yanlış hesablamaları səbəb olur. Bir çox ukraynalı əsgər rusların yerli relyefdən xəbərsiz olduğunu və şiddətli qarşıdurmaya hazır olmadığını bildirir”.
İkinci səbəb kimi rus ordusundakı ruh düşkünlüyü göstərilir:
“Dəqiq olmasa da, Rusiya hərbi maşınlarında yemək, su və qazın tükəndiyi iddiaları var. İddialarda rus əsgərlərinin motivasiyasının aşağı olduğu bildirilir”.
Üçüncü səbəbin Ukraynanın “vaxt oyunu” ilə bağlı olduğu qeyd edilib:
” Dəniz Təhlili Mərkəzinin Rusiya araşdırmaları üzrə direktoru Maykl Kofman deyib ki, Ukrayna “zaman oyunu” oynayır. Onun sözlərinə görə, ukraynalılar rusları ölkədən qovub çıxara bilməzlər, ona görə də vaxt qazanmağa çalışırlar”.
Dördüncü səbəb Ukrayna xalqında motivasiyanın yüksək olması ilə əlaqələndirilir:
” Bundan başqa, ABŞ, NATO və Aİ-nin 20 ölkəsinin Ukrayna qüvvələrinə “Javelin” tank silahları, “Stinger” raketləri, pulemyotlar və snayper silahları göndərəcəyi vədi də ukraynalıların motivasiyasını artırır”.
Beşinci səbəb kimi rus ordusunun müasir müharibə taktikalarına hakim olmaması ilə əlaqələndirilir:
“Xarici Siyasət Araşdırma İnstitutunun baş üzvü və Rusiya Müdafiə Siyasəti Mütəxəssisi Rob Li bildirib ki, ruslar qeyri-ənənəvi müharibəyə və taktikaya hazır deyildilər və partizan taktikalarını bilmirlər”.
Digər altıncı səbəb isə Ukraynanın gözdən salma siyasətidir. Ukrayna qoşunlarının taktikası rus qoşunlarının hərəkətini ləngidir.
Ekspertlər vurğulayırlar ki, ən böyük problem, yeddinci səbəb Rusiyanın hərbi əməliyyat keçirmək niyyətində olmaması və Ukrayna ilə müharibəni ciddi almaması ilə əlaqədardır. İddialara görə onlar sadəcə tankları sürəcəklərini düşünüblər, ciddi döyüş haqqında düşünməyiblər.
Səkkizinci səbəb kimi göstərilir ki, Ukraynanın ağıllı taktikası göstərilir. Bildirilir ki, onlar Rusiya ilə kənddə, açıq meydanda döyüşmürlər, ovuc içi kimi bildikləri qoşunları şəhər küçələrinə çəkirlər.
//Gülnarə Abasova, Editor.az

