Müharibə hələ ÇOX UZANACAQ: “Ruslar şərqi Avropa ölkələrindən bəzilərini bu savaşın içinə çəkməyə çalışır”backend

Müharibə hələ ÇOX UZANACAQ: “Ruslar şərqi Avropa ölkələrindən bəzilərini bu savaşın içinə çəkməyə çalışır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Rusiyanın Ukraynaya hərbi müdaxiləsinin başlama səbəblərini tarixi-siyasi aspektdə dərindən təhlil etsək,bu savaşın xeyli uzun çəkəcəyi qənaəti yaranır. Rusiyanın ilk və hələlik son hədəfi Dnepr çayının sol sahilini özünə birləşdirməkdir. Doğrudur, hərbi müdaxilə planlandığı kimi getmədiyindən Ukrayna ordusunun şiddətli müqaviməti və digər səbəblərdən ruslar zaman-zaman taktiki dəyişikliklərə gedirlər,amma strateji hədəf dəyişməyib”.

Bu sözləri Editor.az-a açıqlamasında politoloq Fəqani Məhərrəmli deyib.

Siyasi analitik müharibənin uzanacağına dəlalət edən bir sıra məsələlərə toxunub:

” Müharibə uzanacaq, çünki tərəflərin üzərində razılaşacağı heç bir prinsip yoxdur. Qərbin hərbi-siyasi rəhbərliyi çalışırlar ki, savaş Ukraynanın sərhədlərini aşmasın, digər bölgələrə, xüsusilə Avropaya yayılmasın. Rusiyanın diz çökdürülməsini məhz Ukrayna sərhədləri daxilində həyata keçirmək istəyirlər ki, bu da inandırıcı görünmür.Qərb istəməsə də, ruslar şərqi Avropa ölkələrindən bəzilərini ( Pribaltik ölkələri və ya Polşa) bu savaşın içinə çəkməyə çalışacaq ki, bu da savaşın xeyli uzun çəkəcəyi qənaətini yaradır”.

//Gülnarə Abasova, Editor.az