Müharibə ilə bağlı ŞOK PLAN bəlli oldu – Savaş bitəndən sonra…backend

Müharibə ilə bağlı ŞOK PLAN bəlli oldu – Savaş bitəndən sonra…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrailin baş naziri Benyamin Netanyahu Qəzzada müharibədən sonrakı dövr üçün planlarını İsrailin müharibə kabinetinə təqdim edib.

Plan Qəzza zolağının tərksilah edilməsini, Qəzza və İordan çayının qərb sahilinə təhlükəsizlik nəzarətinin İsraildə olmasını nəzərdə tutur.

Planda Qəzzanın idarəçiliyinin “terrorla əlaqəsi olmayan peşəkarlar” tərəfindən həyata keçiriləcəyi bildirilir. Bu detal İsrailin terrorizmi dəstəkləməkdə ittiham etdiyi Ramallahda yerləşən Fələstin Muxtariyyətini kənarlaşdırmaq üçün atdığı addım kimi şərh edilib.

Həmçinin qeyd olunub ki, İsrail Fələstin dövlətini tanımaq üçün təzyiqləri qəbul etməyəcək. İsrailin Misir-Qəzza sərhədində ABŞ-ın koordinasiyası ilə bufer zona yaradılmasını nəzərdə tutan plana görə, bölgədə BMT-yə bağlı qurumlar yerinə beynəlxalq yardım təşkilatlarından fəaliyyət göstərməsi tələb olunur.

İsrail daha əvvəl 7 oktyabr hücumlarında BMT-nin Fələstin agentliyinin (UNRWA) bəzi əməkdaşlarının iştirak etdiyini iddia etmişdi.

Musavat.com