“Müharibə özünün həlledici anına yaxınlaşır”-ŞƏRHbackend

“Müharibə özünün həlledici anına yaxınlaşır”-ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Rusiyanın hər sahədə olduğu kimi hərbi sənaye kompleksinin də şişirdilməsi faktını Ukrayna HHQ-nin “Kinjal” raketini vurduğu xəbəri təsdiq edir. Vladimir Putinin böyük fəxrlə dünyada heç bir Hava Hücumundan Müdafiə sistemlərinin vura bilməyəcəyi, onlardan yan keçəcəyi dediyi “Kinjal” raketi vuruldu. Bu, Rusiya silahının bütün parametrlərinin şişirdildiyi anlamına gəlir. Rusiyanın istehsal etdiyi guya “yeni nəsil silah” adlandırılan silahı belə vurulursa, deməli, Rusiya silah sənayesi artıq çöküb”.

Bu fikirləri Editor.az-a açıqlamasında politoloq Azər Qasımov deyib.

Politoloq “Ukraynanın Qərb üçün qurbanlıq seçilməsi” fikrinin mübahisəli olduğunu bildirir:

“Müəyyən hallarda bunun əlamətlərini görsək belə amma faktlar bunu demir. Qərbin Ukraynanı ləng silahlandırdığını əsas gətirib demək olmaz ki,  bunu qəsdən edir ki, müharibə uzun və tükədici şəkildə davam etsin. Qərb ləng də olsa Ukraynanı lazım olan silahlarla kifayət qədər təmin edir. Təbii ki, çatışmazlıqlar da çoxdur. Amma bu proses aktiv şəkildə davam etdirilir. Hesab etmək olar ki, müharibə özünün həlledici anına yaxınlaşır. Tezliklə Ukrayna ordusunun əks-hücumu gözlənilir və digər tərəfdən Rusiya müdafiəyə hazırlaşır. Hücumun ciddi şəkildə müharibənin nəticəsinə təsir edəcəyi şübhəsizdir, bu baxımdan, ümid edirik ki, Ukrayna ordusu öz torpaqlarını işğaldan azad edəcək və Rusiyanın hegemonluq iddialarına son qoyacaq”.

//Gülnarə Abasova, Editor.az