Müharibə riski həmişə var: “Ermənistan Fransanın cızdığı senarisi üzrə hərəkət edir”- ŞƏRHbackend

Müharibə riski həmişə var: “Ermənistan Fransanın cızdığı senarisi üzrə hərəkət edir”- ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ermənistanla sülh müqaviləsi imzalanmadığından yenidən müharibə riski həmişə var. Ona görə də Azərbaycan Ordusunun gücləndirilməsi istiqamətində tədbirlər davam etdirilir. Bununla yanaşı biz yenidən müharibə istəmədiyimizi açıq şəkildə bəyan etmişik”.

Bu sözləri Editor.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.

Millət vəkilinin sözlərinə görə, Ermənistan sözdə sülh müqaviləsinin imzalanmasının tərəfdarı olduğunu bildirsə də əməllərində sülhdən uzaq olduğunu nümayiş etdirir:

“Çünki sülh istəyən ölkə sürətlə silahlanmaya üstünlük verməz. O cümlədən, hərbi toplanışları təşkil edib mülki insanları hərbi təlimlərə cəlb etməz. Şərti sərhəddə mütəmadi olaraq təxribatlara əl atması da Ermənistanın sülhdən uzaq olduğunu göstərir. Martın 11-də Tovuz rayonunun Əsrik yaşayış məntəqəsi istiqamətindəki hərbi mövqelərimiz üzərində kvadrokoper vasitəsilə kəşfiyyat məlumatlarılnı toplamağa cəhd etməsi də Ermənistanın sülh niyyəti olmadığını göstərir”.

A.Badamov onu da qeyd edib ki, Fransa Ermənistana şirin vədlər verməklə yenidən müharibəyə sövq edir:

“Təbii ki, Ordumuz Ermənistanın bütün təxribatlarına cavab verməyə hər zaman hazırdır. Biz sülh və əməkdaşlığın tərəfdarı olduğunu açıq şəkildə bəyan etsək də Ermənistan Qərbdən aldığı dəstəkdən ilhamlanaraq yenidən müharibə etmək üzərində düşünür. Ən azından Ermənistanın son hərkətləri bunu deməyimizə imkan verir. Amma Ermənistan hakimiyyəti unutmasın ki, Azərbaycan əsgəri həmişəkindən də pəşəkardır və Ordusu daha da güclüdür. Bu baxımdan yenidən müharibə etmək xəyallarına düşərsə, bu, onlar üçün daha da ağır nəticəli olacaq. Ermənistan Fransanın cızdığı senarisi üzrə hərəkət edir. Belə bir vəziyyət uzun müddət davam edərsə, Ermənistanın özü beynəlxalq güclərin poliqonuna çevriləcək və erməni xalqı daha böyük faciələrlər üz-üzə qalacaqdır”.

//Gülnarə Abasova, Editor.az