Müharibə şəraitində turizm: “Bu kontekstdə ən çox zərər çəkən məhz bu sektor olur”backend

Müharibə şəraitində turizm: “Bu kontekstdə ən çox zərər çəkən məhz bu sektor olur”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Hazırda davam edən İsrail-Fələstin müharibəsi nəinki həmin ölkələrə, hətta region ölkələrinə də siyasi, iqtisadi baxımdan ciddi təsirlər göstərir. Bu kontekstdə ən çox zərər çəkən sahə məhz turizm sektoru olur”.

Bunu Editor.az-a açıqlamasında turizm eksperti Ceyhun Aşurov deyib.

Ekspert bildirib ki, turizm sektorunda ən önəmli faktorlardan biri məhz təhlükəsizlik məsələsidir:

“Dünya ölkələri müharibə ocağına çevrilən anda ilk fəaliyyətini dayandıran sahə məhz turizm olur. Çünki təhlükəli ölkəyə heç bir turist axınından söhbət gedə bilməz.
Sülhün təmin olunması hər iki tərəf və mövcud əlaqələr baxımından ən önəmli faktor hesab olunmalıdır.Müharibəyə digər ölkələrində qoşulması təqdirində baş verəcək vəziyyət turizm baxımından heç də ürək açan olmayacaq”.

Ceyhun bəy əlavə edir ki, Azərbaycanın xüsusilə İsrail ilə genişmiqyaslı turizm əlaqələri mövcuddur:

“İsraildən Azərbaycana gələn turistlər saya görə ön sıralarda yer alırdı. Mövcud vəziyyətə görə isə hazırda bu proses dayandırılıb”.

//Mehin Vəliyeva. Editor.az