“Müharibə tezliklə başa çatacaq”-Sergey Markovbackend

“Müharibə tezliklə başa çatacaq”-Sergey Markov

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Rusiyanı çox sevir və onunla strateji dostluq münasibətləri qurmaq istəyir.

Editor.az xəbər verir ki, bunu rusiyalı politoloq Sergey Markov Feysbuk səhifəsində yazıb.

Şuşanın azad olunmasına toxunan ekspert səhifəsində Azərbaycan Prezidenti və birinci xanımının birgə çəkilmiş fotosunu da paylaşıb:

“Bakı sevinir, qələbəni – qədim paytaxt və əsas Qarabağ şəhəri olan Şuşanın azad olunmasını qeyd edir. Bütün şəhər küçələrdədir. Milli bayraqların dənizi…

Bu gün azərbaycanlılar öz ölkələrindən məmnundurlar. Bunu elan edən Prezident İlham Əliyev uzun illərdir milli qəhrəmandır. Mehriban xanım – sevimli həyat yoldaşı, birinci vitse-prezident yanındadır. Müharibə tezliklə başa çatacaq. Vladimir Putinin dediyi kimi, Rusiya və Azərbaycan xalqını çoxəsrlik dostluq bağlayır. Azərbaycan Rusiyanı çox sevir və onunla strateji dostluq münasibətləri qurmaq istəyir”.