Ruslar cəbhənin mühüm sahələrində irəliləyişlər əldə ediblər.
Editor.az bildirir ki, bunu Üçüncü Hücum Briqadasının komandirinin müavini Maksim Jorin Telegram-da bildirib. Onun sözlərinə görə, müharibə böyük şəhərlərə yaxınlaşa bilər. “Hər kəs rus qoşunlarının “Şərqdə hardasa bir sahədə” irəliləməsi ilə bağlı xəbərlərə öyrəşib.
Qoy hərəkət etsinlər, o qədər də qorxulu deyil,- deyirlər. Amma onlar artıq Pokrovska, sonra isə digər şəhərlərə çatıblar O cümlədən yüz minlərlə insanın yaşadığı böyük şəhərlərə”, – Jorin bildirib. O qeyd edib ki, hazırda müharibənin dinamikası çox yüksəkdir və düşmən tempi artırır. Ancaq Ukrayna bölmələri tükənib – rotasiya və normal əvəzetmə yoxdur. “Ukrayna cəmiyyəti oyanmalıdır.
Mən heç kimi qorxutmaq istəmirəm, amma biz hazırda yaxşı vəziyyətdə deyilik. Bütün bunları aradan qaldırmaq üçün gözləmək və xəyal qurmaq yox, hərəkətə keçmək lazımdır. Və çox vacib olan budur. Ani qələbə və sülh haqqında nağıllara inanmağı dayandırmaq lazımdır ki, kimsə onu bizim üçün edəcək” – Jorin bildirib.
//Samir Qurbanov, Editor.az