Müharibə zamanı ruslar internetdə nə axtarır?-FOTObackend

Müharibə zamanı ruslar internetdə nə axtarır?-FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Rusiyanın Ukrayna torpaqlarını işğal etməsindən 33 gün keçir. Editor.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bir çox internet resurslarına çıxışı məhdudlaşan ruslar yerli resurslardan faydalanmağa çalışırlar. Bu internet resurslarından biri də dünyaca məşhur rus axtarış sistemi “Yandex”dir. Bu günlərdə “Yandex” axtarış sistemində rusların ən çox nə axtardığı araşdırılıb. Araşdırmanın nəticəsinə görə birinci yerdə “Şoyqu hardadır?” gedir. Sonrakı yerlərdə isə harda şəkərin və dolların satılması axtarılır.

Bütün bunların fonunda ruslar müharibənin gedişi ilə də maraqlanır. “Rusiya orsudu indi hardadır ?”, “Zelenski indi hardadır?” ifadələri isə dördüncü, beşinci yeri tutur. Diqqəti cəlb edən məqamlardan biri isə rusların bu sistemdə Putin barədə kütləvi axtarış verməməsidir.

//Nəzərbəy Hacıağayev, Editor.az