Müharibədə məğlub olan Paşinyan hakimiyyəti 2021-ci il seçkilərində qalib gəldisə, bu dəfəki etirazlar da NƏTİCƏ VERMƏYƏCƏKbackend

Müharibədə məğlub olan Paşinyan hakimiyyəti 2021-ci il seçkilərində qalib gəldisə, bu dəfəki etirazlar da NƏTİCƏ VERMƏYƏCƏK

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Üçüncü Brüssel görüşündə Azərbaycan və Ermənistan tərəfi konkret razılığa gəlib. Burada Ermənistanın razılaşmaları yerinə yetirməsi onun müəyyən ictimai-siyasi dairələrində narazılıqla qarşılanıb. Ermənistan daxilində vəziyyəti qarışdıran “Qarabağ klanı” və bir sıra revanşist qruplardır. Bunlar məhz indiyə qədər Qarabağ kartından istifadə edərək öz siyasi ambisiylarını, şəxsi mənafelərini həyata keçiriblər”.

Bu sözləri Editor.az-a politoloq Məhəmməd Əsədullazadə deyib.

Onun sözlərinə görə, Azərbaycanla normalaşma prosesi məhz Ermənistan dövlətinin öz maraqlarına daha çox uyğundur:

“Nikol Paşinyan praqmatik, reallığa uyğun siyasət ortaya qoyur, Azərbaycanla razılaşmalara getməyi planlaşdırır. Ermənistanda daxili vəziyyətin qarışmasının arxasında üçüncü dövlət tərəfindən dəstəklənən siyasi partiyalar, qht-lər, revanşist qruplar durur. Etirazlara əsas səbəb kimi isə Nikol Paşinyanın Azərbaycanla sövdələşməyə getməyini, Qarabağı Azərbaycana satmağı göstərirlər. Brüssel görüşündə Ermənistanın maraqlarına zidd razılaşma əldə edilməyib. Etirazçılar,.müxalifət bundan istifadə edib Paşinyana qarşı təzyiq dalğası formalaşdırmağa çalışırlar. Müharibədə məğlub olan Paşinyan hakimiyyəti məhz 2021-ci il seçkilərində qalib gəldisə müxalifətin bu siyasəti heç bir nəticə verməyəcək. Onların əllərində olan vasitələrlə Ermənistan-Azərbaycan arasında normalaşma prosesində Brüsselin vasitəçiliyini qaralamağa çalışması qətiyyən Ermənistan əhalisinin Paşinyana etimadını azaltmayacaq. Prosesə üçün ölkə, xüsusilə Rusiya müdaxilə etməsə Azərbaycanla Ermənistan arasında sülh yaxındır”.

//Gülnarə Abasova, Editor.az