Müharibədən sonra Rusiya Ukrayna və Avropa üçün hərbi təhlükə mənbəyi olmayacaq – Mixail Podolyakbackend

Müharibədən sonra Rusiya Ukrayna və Avropa üçün hərbi təhlükə mənbəyi olmayacaq – Mixail Podolyak

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna müdafiə qüvvələrinin əks-hücumunu qiymətləndirməzdən əvvəl, Ukrayna hərbçilərinin “işini bitirməsini” gözləməyə dəyər.

Editor.az bildirir ki, bu barədə avqustun 9-da Ukrayna prezidenti aparatı rəhbərinin müşaviri Mixail Podolyak Twitter-də məlumat verib. “Kimsə Ukraynanın əks-hücumunu, onun sürətini, istiqamətini və effektivliyini düşünəndə, məsləhət verəndə və ya inamla nəyinsə “mütləq plana uyğun getmədiyini” söyləyəndə, dünənə qədər Rusiya ordusunun “dünyanın ikinci ordusu” adlandırıldığını unutmasınlar, _ Podolyak xatırladıb.

O, qeyd edib ki, dünya “rus ordusundan isterik şəkildə qorxurdu və ona qarşı effektiv mübarizə aparmağın mümkün olduğunu ağlına belə gətirmirdi”. Buna görə də dünən onların düşünməyə belə qorxduqları başqa bir mifi nəhayət məhv etmək üçün hamı səbirli olmalı və Ukrayna Silahlı Qüvvələrinin keyfiyyətli işini diqqətlə izləməlidir”, – müşavir məsləhət görüb.

O, əmin edib ki, Ukrayna müdafiə qüvvələri istənilən halda “işi məcburi və ədalətli sonluğa çatdıracaq”. “Ukraynadakı müharibədən sonra Rusiya ən azı Ukrayna və Avropa üçün hərbi təhlükə olaraq mövcudluğunu dayandıracaq. Bu arada… hücum əməliyyatları davam edir”, – Podolyak yekunlaşdırıb.

 //Samir Qurbanov, Editor.az