Müharibəni bitirməklə bağlı heç kimin konkret planı yoxdur – Vladimir Zelenskibackend

Müharibəni bitirməklə bağlı heç kimin konkret planı yoxdur – Volodimir Zelenski

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Federasiyasının Ukraynaya qarşı müharibədə döyüş meydanında və diplomatik sahədə atılan addımları nəzərə alaraq, Ukraynanın məsələyə yanaşması digərlərindən daha çox sülhə yaxındır.

Editor.az bildirir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski Hindistan mətbuatına müsahibəsində deyib. “Çünki bu yol çox mürəkkəbdir və dünyanın bir çox ölkələrindən eşitdiyiniz bütün digər təkliflər… Mən inanıram ki, bu gün səslənən hər şey indilik siyasi bəyanatlardır.

Bu, yol deyil, bunlar yol deyil. Hər hansı bir düstur yoxdur”, – deyə dövlət başçısı vurğulayıb: “Bəziləri deyir ki, müharibəni altı aya bitirərəm, biri deyir, bir ildən sonra, üçüncü ekspert bir gündə, dördüncü ekspert deyir ki, 2026-cı ildə Rusiya iqtisadiyyatı çökəcək və müharibə bitəcək. Zelenski qeyd edib ki, bunlar yalnız “analitik, ekspert və siyasi bəyanatlardır”, lakin “heç kimin konkret planı yoxdur”.

“Kim desə ki, “biz diplomatik həll tərəfdarıyıq” desə, mən onu dəstəkləyəcəyəm. Hamımız istəyirik ki, sabah bir nəfər də olsun əsgərimiz, bir nəfər də olsun insanımız ölməsin. Amma siz təcavüzkar və manyakla danışıqlar apara və deyə bilməzsiniz ki, “Bəli, başa düşürük ki, siz artıq 15 nəfəri zorlamısınız, daha 30 nəfəri öldürmüsünüz, amma gəlin danışaq. Yaxşı, yaxşı, bir daha bunu etmə”. O bu adamla belə işləmir. O, siyasi hədə-qorxudan çəkinmir. Əlbəttə ki, məm Putindən danışıram”, – deyə Zelenski izah edib.

//Samir Qurbanov, Editor.az