“Müharibəni nə Putin, nə də Zelenski aparır…“ – “Gözəgörünməz əl“ kimindir?backend

“Müharibəni nə Putin, nə də Zelenski aparır…“ – “Gözəgörünməz əl“ kimindir?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Müharibə dövründə insanlar ümid üçün ən kiçik səbəb axtarırlar. Bir çoxları üçün astroloqların 2022-ci ildə Rusiya və Ukrayna arasında müharibənin nə vaxt bitəcəyi ilə bağlı proqnozları belə təsəlli olur.

Mövzu ilə bağlı Yenisabah.az-a danışan astroloq Səbuhi Rəhimli müharibənin gedişi ilə bağlı proqnoz verməyin çətin olduğunu deyib:

“Bu müharibə proqnozlaşdırılmayan müharibədir. Bilirsiniz ki, mən hər il 25 ictimai-siyasi proqnoz verirəm. Onlardan biri də bu idi ki, 2022-ci ildə Ukrayna-Rusiya müharibəsi olmayacaq. Amma oldu. Görünür, hansısa detalı gözdən qaçırmışıq,  hesablamaya gələn bir şey yoxdur. Çünki müharibəni nə Putin aparır, nə də Zelenski. O biri kimdirsə, onun doğum tarixini, müharibəyə təsir imkanlarını bilsəm hesablayıb nəsə deyə bilərəm, amma belə özümdən heç nə deyə bilmirəm. Mən də izləyiciyəm. Hərə bir şey  deyir. Müharibəni proqnozlaşdırmaq mənim üçün də çətindir. Bir qisim deyir Rusiya sentyabrda kapitulyasiya aktına imza atacaq, bəzisi deyir dekabra qədər müharibə davam edəcək. Bütün hallarda Putinin uduzacağını deyirlər, amma heç nə dəqiq deyil”.

S.Rəhimli qeyd edib ki, hesablamalarına əsasən müharibənin nə vaxt bitməsindən asılı olmayaraq,  nüvə müharibəsi baş verməyəcək:

“Mən bir proqnoz verə bilərəm: nüvə müharibəsi olmayacaq. Məndə göstərici budur. Amma müharibənin bitib-bitməyəcəyini proqnozlaşdırmaq çox çətindir. Müharibə sırf Putinin iradəsindən asılı olsa, mənə 15 dəqiqə vaxt lazımdır ki, onu hesablayım, lakin görürsən ki, bu müharibə onun iradəsində deyil. Mən də görücü deyiləm ki, havadan nəsə proqnoz verim, hesablana bilən arqumentlərim çox əksikdir”.