Ukraynada gedən beş günlük müharibədə 5710 rus əsgəri həlak olub, 200-ü əsir götürülüb.
Editor.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Həmçinin düşmənin 29 təyyarəsi, 29 helikopteri, 198 tankı, 846 zirehli döyüş maşını, 77 artilleriya sistemi, 7 hava hücumundan müdafiə sistemi, 24 MLRS, 60 yanacaq çəni, 3 əməliyyat-taktiki PUA, 2 qayıq, 305 texnika məhv edilib və zədələnib.
Baş Qərargah qeyd edib ki, hesablama hərbi əməliyyatların yüksək intensivliyi baxımından çətinləşib.
//Gülnarə Abasova, Editor.az

