Müharibənin davam etdiyi müddətdə kişilərin ölkənin tərk etməsinə icazə verilməsi planlaşdırılmır.
Editor.az-ın xəbərinə görə, bunu “RBC-Ukrayna”ya müsahibəsində baş nazir Denis Şmıqal deyib.
“Hərbi vəziyyət zamanı kişilərin ölkədən çıxması planlaşdırılmır. Əslində qərarları hərbçilər qəbul edirlər, lakin mən hesab edirəm ki, müharibə gedən bir vaxtda bütün kişilər Ukraynada olmalıdır”, – hökumət başçısı bildirib. Nazirlər Kabinetinin məlumatına görə, Ukraynanı 5 milyona yaxın insan tərk edib. Rəsmi qeydə alınan rəqəm 4,7 milyondur. Eyni zamanda son iki həftə ərzində 700 min ukraynalı artıq geri qayıdıb və hər gün Ukraynanı tərk etməkdən çox qayıdış var. Biz bunu şəhərlərin canlanması, iş yerlərinin bərpası ilə hiss edirik. Əgər bir müddət əvvəl 32% iş yeri dayanmışdısa, indi bu, 17% təşkil edir” – Şmıqal deyib.
Editor.az

