“Müharibənin dayanıb-dayanmaması Qərbdən asılıdır”- ŞƏRHbackend

“Müharibənin dayanıb-dayanmaması Qərbdən asılıdır”– ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

6 aydan çoxdur ki, Rusiya-Ukrayna müharibəsi davam edir. Rusiya mətbuatında artıq müharibənin geri dönüşü olmadığı ilə bağlı məlumatlar öz əksini tapıb. Reallığı dəyərləndirsək heç Ukraynanın özü də danışıqlar masasına əyləşməyə istəkli deyil. Bununla belə Qərb nə qədər silah-sursat yardımı edib, texniki cəhətdən Ukraynanı təmin etsə də qışın yaxınlaşması, yüksək enerji dəyəri böyük iqtisadi böhrandan xəbər verir. Hadisələrin gedişi necə olacaq, müharibədə üstünlük kimdədir?

Mövzu ilə bağlı Editor.az-a açıqlama verən siyasi şərhçi Kənan Novruzov bildirdi ki, bundan sonra nə Rusiyanın nə də Ukraynanın geri addım atmaq şansı yoxdur: “Ukraynanın danışıqlara getməməsinin bir neçə səbəbi var. Birincisi, əgər Ukrayna bugün danışıqlar masasına gedərsə daxildə Volodimir Zelenski hakimiyyətinə qarşı ciddi etirazlar yanacaq. İkincisi Qərb buna imkan verməyəcək. Əgər Zelenski danışıqlar masasına doğru addım atsa Qərb dərhal prossslərə müdaxilə edəcək. Hərbi dəstəyi azaltmaqla Ukraynanı təhdid edəcək ki, əgər danşıqlar başlasa Rusiya Ukraynanı məhv edəcək”.

K.Novruzovun fikirlərinə görə Rusiyanın da geri çəkilmək ehtimalı yoxdur: “ Çünki Rusiya danışıqlar masasına oturmağa razılıq versə bu birincisi Rusiya daxilində müxalifət üçün kozur olacaq. İkincisi yenə də Qərb buna imkan verməyəcək. Rusiya danışıqlar masasına oturmaq istəsə Qərb Ukraynanı daha çox silahla təmin edib Rusiyanı pis vəziyyətdə qoymağa çalışacaq. Müharibənin dayanmasının qarşısını alan Qərbdir. Qərb bu müharibənin əsas rejissorudur. Ukraynada bataqlıq yaratdı və Rusiyanı bataqlığa çəkdi. Məqsəd Rusiyanl iqtisadi cəhətdən çökdurmək və idarə olunan vəziyyətə gətirməkdir.Qərb axıra qədər Ukraynanı dəstəkləyəcək. Yəni öz məqsədləri uğrunda çalışacaq. Rusiyanı çökdürmək üçün müəyyən silah-sursatla Ukraynanı təmin edir. Müharibə Ukraynadan daha çox Rusiyaya zərər vuracaq. Bir neçə günə Krım körpüsü də vurula bilər. Bu da Rusiyaya növbəti zərbə olacaq”.

//Safura Bənnayeva, Editor.az