Müharibənin kritik mərhələsi yaxın iki ay ərzində başlayacaq – Ukrayna Quru Qoşunlarının komandanı Aleksandr Pavlyukbackend

Müharibənin kritik mərhələsi yaxın iki ay ərzində başlayacaq – Ukrayna Quru Qoşunlarının komandanı Aleksandr Pavlyuk

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna lazım olan silahları alacağı təqdirdə Rusiyanın təcavüzünə tab gətirəcək.

Editor.az bildirir ki, bu barədə Ukrayna Quru Qoşunlarının komandanı Aleksandr Pavlyuk mayın 10-da “The Economist” nəşrinə müsahibəsində bildirib.

Pavlyukun sözlərinə görə, müharibənin kritik mərhələsi yaxın iki ay ərzində gələcək. Amerikanın yardımı cəbhə xəttinə yenicə çatmağa başladığı üçün Rusiya Federasiyasının ordu generalları Ukraynanın tükənmiş və yenidən qurulan qoşunlarına qarşı əllərində olan bütün döyüşə hazır texnikanı döyüşə atırlar. Pavlyuk qeyd edib ki, Rusiya bilir ki, Ukrayna Silahlı Qüvvələri bir-iki ay ərzində kifayət qədər silah alarsa, vəziyyət onların əksinə çevrilə bilər.

Onun sözlərinə görə, Ukrayna təcili olaraq hava hücumundan müdafiəni gücləndirməlidir. İyunun əvvəlinə qədər gözlənilən F-16 qırıcılarının təhvil verilməsi də əhəmiyyətli psixoloji təkan verəcək.

Nəşr yazır ki, Ukraynanın Rusiya bombardmançılarına qarşı lazım olan F-16-nın yeni versiyalarını alıb-almayacağı bəlli deyil. Hazırda Rusiya təyyarələri Ukraynanın hava hücumundan müdafiə vasitələrinin əhatə dairəsindən kənar məsafədə qalır və irəli mövqelərə gündə orta hesabla 130 ağır idarə olunan bombalar atırlar. Ukraynanın da Qərbin təmin edəcəyi gözlənilən artilleriya və zirehli texnikaya böyük ehtiyacı var. Pavlyuk israr edir ki, müdafiə qüvvələrinin ehtiyatlarının doldurulmasında əsas problem insanlar deyil, texnikadır,- məqalədə deyilir.

//Samir Qurbanov, Editor.az