Müharibənin son mərhələsi başladı – Hansı dövlət siyasi xəritədən SİLİNİR?backend

Müharibənin son mərhələsi başladı – Hansı dövlət siyasi xəritədən SİLİNİR?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya-Ukrayna müharibəsi artıq bütün qırmızı çizgiləri aşmağa başlayıb. Belə ki, Ukraynada müharibə başlayan gündən bəri ilk dəfədir ki, Rusiya paytaxt Kiyevin mərkəzinə raket-bomba zərbələri endirib. Artıq Kiyev metrosu da fəaliyyətini dayandırdığını elan edib.

Ukrayna prezidenti Volodimir Zelenski paytaxtın bombalanması ilə bağlı çıxışında bildirib: “Təəssüflər olsun ki, ölü və yaralılarımız var. Olduğunuz yerləri tərk etməyin”.

Rusiyanın müharibədə ilk dəfə mərkəz Kiyevi raketlərlə vurması, bombalaması iki gün əvvəl Krım körpüsünün partladılmasına cavab kimi də şərh edilə bilər.

Gürcüstan Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Qela Vasadze müharibənin yeni mərhələsinin başlanıldığını deməyə əsas verən bu hadisə ilə bağlı Milli.Az-a danışıb:

“Rusiyanın Ukraynanın dinc şəhərlərini vurması, dinc sakinləri öldürməsi heç kəs üçün təəccüblü deyil. 2022-ci ilin fevralından əvvəl bunu başa düşməyənlər müharibənin başlamasından cəmi beş gün sonra, mülki hədəflərə kütləvi zərbələr endirildiyi zaman artq hər şeyi başa düşdülər.

Dünyanın heç bir müharibəsində dinc əhalinin bu qədər tez-tez atəşə tutulması və bombalanması faktı qeydə alınmayıb. Nə İkinci Dünya Müharibəsində belə dəhşətli bombalanma halları baş verib, nə ABŞ-ın Vyetnamdakı bombardmanları, nə də Əfqanıstandakı Sovet qoşunları bu cür irimiqyaslı xarakter alıb, heç bu gün Yaxın Şərqdə gedən müharibədə də anoloji biombardmanların şahidi deyilik.

Hər bir zərbə hərbi cinayətdir, araşdırılmalı və günahkarlar cəzalandırılmalıdır. İndi bu cür müharibə aparmaq üçün siyasi qərar verənlərdən tutmuş, start düyməsini basanlardan əmrlərin ötürüldüyü zəncirə qədər məsuliyyət daşıyanların sayını təsəvvür edin. Bu müharibədən sonra on minlərlə rus hərbçisi, siyasətçiləri müttəhimlər kürsüsündə əyləşməlidir. Və bəhanə kimi “hərbi hədəfə atəş etdilər, ancaq mülki hədəfi vurdular”, – cümləsi işləmir. Çünki onların atdığı raketlərin xüsusiyyətlərini siyasətçilərdən tutmuş sıravilərə qədər hamı yaxşı bilir”.

Kiyevin mərkəzinin bombalanması ilə bağlı Ukrayna Siyasi Elmlər Akademiyasının aparıcı üzvü, professor Petro Mironenko  açıqlamasında deyib:

“1991-ci ildən sonra Rusiyada demokratik dəyişikliklərə ümid edirdi. Elə o vaxtdan etibarən ABŞ və Avropa özlərinin romantik qavrayış vəziyyətində hərəkətsizliyi ilə paralel olaraq Kremlin qeyri-adekvat davranışlarını nəzərə almadan dünya düzəninə baxışları altında hazırlanmış saxta siyasi strategiyanın qurbanı oldular.

Kremlin öz qanunları var və insan dilini, məntiqini başa düşmürlər. Onlarla artıq onların dilində danışılmalı, onlara uyğun şəkildə davranılmalıdır – Rusiya məhv edilməlidir.

Rusiyanın müharibədə ilk dəfə mərkəz Kiyevi raketlərlə vurması, bombalaması müharibənin daha ağır dönəmə daxil olması deməkdir. Bununla da müharibə son mərhələyə qədəm qoydu. Kreml ölüm əzabındadır və bu, hakimiyyət dəyişikliyinə gətirib çıxaracaq”.

Milli.az