Rusiya Müdafiə Nazirliyi Ukraynanın əks-hücum hərəkətlərini işıqlandırma məsələsində siyasətində dəyişiklik edib.
Editor.az bildirir ki, bu barədə Müharibənin Tədqiqi İnstitutunun (ISW) analitikləri yazıb. Onlar qeyd ediblər ki, Rusiya Müdafiə Nazirliyi Ukraynanın əks-hücum əməliyyatına nisbətən yüksək dərəcədə razılaşdırılmış ritorika ilə reaksiya verir. Bu onu deməyə əsas verir ki, onlar Ukraynanın əvvəlki əks-hücumları zamanı informasiya məkanının idarə edilməsində yol verdiyi səhvlərdən nəticə çıxarıblar. İnstitutun icmalında qeyd olunur ki, Rusiyanın müdafiə naziri Sergey Şoyqu iyunun 20-də paneldə çıxış edib və çıxışına Ukraynanın Donetsk və Zaporojye vilayətləri sərhəddində həyata keçirdiyi əks-hücum əməliyyatlarını müzakirə etməklə başlayıb.
O, əldə olan sübutlara rəğmən Ukrayna qoşunlarının cəbhənin müəyyən hissəsində uğur qazanmasını inkar edib. ISW analitikləri hesab edirlər ki, Rusiya Müdafiə Nazirliyində Ukrayna əks-hücumunun nisbətən sakit müzakirəsi (Ukraynanın uğurlarının tipik inkarına baxmayaraq) bu idarənin Ukrayna əks-hücumlarına vahid cavab hazırlaya bilməməsinin nəticəsidir. 2022-ci ildə Xarkov və Xerson vilayətlərində baş verən hadisələr , rus təbliğatçıları arasında yaranan çaxnaşma Rusiya informasiya məkanının müəyyən dərəcədə uyğunlaşdığını və informasiyanın çöküşünün keçmiş anlarından dərs aldığını göstərir.
//Samir Qurbanov, Editor.az

