Müharibənin yaxın zamanda bitəcəyi gözlənilmir-AÇIQLAMAbackend

Müharibənin yaxın zamanda bitəcəyi gözlənilmir-AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünya siyasi arenasında son illərin ən mürəkkəb və çoxşaxəli böhranlarından biri, şübhəsiz ki, Rusiya-Ukrayna münaqişəsidir. Bu savaş təkcə iki qonşu dövlətin maraqlarını deyil, həm də qlobal nizamın gələcəyini sınağa çəkir. Konfliktin sadəcə torpaq uğrunda gedən mübarizə olmadığını vurğulayan ekspertlər, onun beynəlxalq siyasi tarazlıqlara və 1945-ci ildən bəri formalaşmış dünya nizamının çöküşünə birbaşa təsir etdiyini bildirirlər.

Politoloq Fəqani Məhərrəmli Editor.az-a açıqlamasında bildirib ki, Rusiya-Ukrayna müharibəsi sadəcə ərazi iddiaları üzərində qurulmayıb:

“Bu savaş, 1945-ci ildə Yalta konfransında İkinci Dünya Müharibəsinin qalibləri tərəfindən formalaşdırılmış dünya nizamının çöküşünün açıq təzahürüdür. Ona görə də müharibənin yaxın zamanda bitəcəyini və tərəflərdən birinin silahı yerə qoyub təslim olacağını gözləmək doğru olmaz. Ukrayna cəbhəsində yalnız Ukraynanın deyil, həm də Avropanın, Rusiyanın və nəticə etibarilə bütün dünyanın gələcəyi müəyyən edilir”.

Ekspert qeyd edib ki, Kremlin mətbuat katibi Dmitri Peskovun Rusiyanın müharibəni tez bitirmək və diplomatik həll yollarına sadiqliklə bağlı bəyanatları əsasən formal xarakter daşıyır:

“Rusiya da yaxşı anlayır ki, Qərbin hərbi-siyasi dairələri Ukraynanın kapitulyasiyasına heç bir halda imkan verməyəcək. F.Mandonanın, yəni Fransa Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin, yaxın 3-4 il ərzində ordunun müharibəyə hazırlığını gücləndirmək barədə bəyanatı, eləcə də Serbiya Prezidenti Aleksandr Vuçiçin Avropanın Rusiya ilə genişmiqyaslı münaqişəyə daxil olmasının qaçılmaz ola biləcəyini vurğulaması, hərbi teatrda daha dramatik hadisələrin yaxın gələcəkdə baş verəcəyinə işarə edir”.

//Gülnarə Abasova, Editor.az