Müharibəyə getmək istəməyən krımlılar qaçırlarbackend

Müharibəyə getmək istəməyən krımlılar qaçırlar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Müvəqqəti işğal olunmuş Krımda Ukrayna ilə müharibədə iştirak etmək üçün kişilərin məcburi səfərbərliyi həyata keçirilir.

Bu barədə Editor.az “Unian.net”ə istinadən xəbər verir.

Ukrayna Ali Radasının İnsan Hüquqları üzrə Müvəkkili Lyudmila Denisovanın sözlərinə görə, ənənəvi olaraq, yarımadada çağırış kampaniyası aprel ayında başlamalı idi. Lakin artıq martın 29-da Simferopolda çağırış komissiyalarının sədrləri, rayonların hərbi komissarları və çağırış kampaniyasına cəlb edilən digər vəzifəli şəxslərlə təlim-metodik görüşlərin keçirilməsi planlaşdırılır.

“Krımlılar artıq kütləvi şəkildə çağırış vərəqələri almağa başlayıblar. Cinayət xarakterli əmrlərdən yayınmaq üçün çağırış yaşlı krımlı kişilər ən müxtəlif yollarla yaramıdanı tərk etməyə çalışırlar, baxmayaraq ki, yarımadanı materik Rusiyasına birləşdirən yolların hamısı bağlıdır

  Editor.az