Müharibəyə hazırlaşmaq lazımdır – Belarus prezidenti Aleksandr Lukaşenkobackend

Müharibəyə hazırlaşmaq lazımdır – Belarus prezidenti Aleksandr Lukaşenko

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Belarus prezidenti Aleksandr Lukaşenko hələlik respublikaya qarşı müharibənin başlaması istiqamətində hər hansı tendensiya görmədiyini bildirib.

Bununla belə, o hesab edir ki, müharibəyə hazırlaşmaq lazımdır. Eyni zamanda, Lukaşenko ümid edir ki, bu, hərbi əməliyyatlara gəlib çıxmayacaq.

O xatırladıb ki, respublika artıq 4 dəfə orduda islahatlar aparıb. İndi, onun sözlərinə görə, hakimiyyət “yəqin ki, beşinci dəfədir ki, öz silahlı qüvvələrinin modernləşdirilməsinə yaxınlaşır”. “Köhnə formula: sülh istəyirsənsə, müharibəyə hazırlaş. Bir daha vurğulamaq istəyirəm biz savaşmaq fikrində deyilik, döyüşmək istəmirik… Bütün bunlar artıq deyilib. Bizim rəqiblərimiz buna qulaq asır, amma öz işlərini görürlər. Bizə qarşı hazırlaşanlara qarşı, açıq deyəcəyik, vuruşaçağıq. Ona görə də biz müharibəyə hazırlaşmalıyıq. Allah nəsib eləsin ki, bu müharibə baş verməsin”, – Aleksandr Lukaşenko bildirib.

//Samir Qurbanov, Editor.az