Muharrem Usta: “Azərbaycanlı həmkarlarımızla birlikdə yeniliklərə imza atacağıq”backend

Muharrem Usta: “Azərbaycanlı həmkarlarımızla birlikdə yeniliklərə imza atacağıq”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycanda bu cür təchizatlı xəstəxanaların olması səhiyyənin uğurudur”.

Bu fikirləri “LIV Medical Group” tibb şəbəkəsinin rəhbəri Muharrem Usta deyib.

O bildirib ki, Bakının sağlamlıq turizmi baxımından daha da irəli getməsi üçün çox çalışırıq:

“Bu gün “Bona Dea” Beynəlxalq Xəstəxanası ən mükəmməl müəssisələrdən biridir. Biz birlikdə səhiyyə sektorunda yenilik etməyə çalışırıq. Qısa zamanda xəstələrin aldığı müalicələrdən o qədər razı qalmalarına nail olacağıq ki, xəstəxana bütün dünya ölkələrində ilk sıralarda yer alacaq. Xəstəxanada çalışan bütün həkimlər, texniki işçilər, kollektiv, ümumiyyətlə Azərbaycan bizim üçün çox dəyərlidir. Biz Azərbaycanda bütün xəstəxanalarla əməkdaşlıq etməyə can atırıq. Bundan sonra çiyinlərimizdə daha da böyük məsuliyyət var. Biz bu gündən səhiyyədə yeni dövrə qədəm qoyuruq. Bu gündən “Bona Dea” Beynəlxalq Xəstəxanasının idarəçiliyini biz həyata keçirəcəyik. Azərbaycanlı həmkarlarımızla birlikdə yeniliklərə imza atacağıq”.

“Bizim 30 xəstəxanamız var və 20 mindən çox həkimimiz var. 30 il əvvəl fəaliyyətə başlamışıq və bu gün Türkiyənin ən məşhur tibb şəbəkəsindən biriyik”, – deyə Muharrem Usta qeyd edib.