Türkiyə, Suriya ilə sərhəddə neft yatağı aşkar edib.
Metbuat.az xəbər verir ki, bu barədə Türkiyənin Neft Şirkəti açıqlama verib. Məlumata görə, neft yatağı Günyurdu-1 quyusunda kəşf edilib. Şirkət bununla bağlı görüntü yayımlayıb. Bildirilir ki, quyu Mardinin Nusaybin rayonunda yerləşir.
Şirkətin açıqlamasında deyilir ki, uzun müddətdir aparılan axtarışlar nəticəsində 11,8 APİ dəyərində neft kəşf edilib.


