Mülki müdafiə qoşunlarında andiçmə mərasimi keçirilibbackend

Mülki müdafiə qoşunlarında andiçmə mərasimi keçirilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə qoşunlarının “N” saylı hərbi hissəsində gənc əsgərlərin andiçmə mərasimi keçirilib.

 

Bu barədə APA-ya FHN-dən məlumat verilib.

Əvvəlcə, tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin büstü önünə gül dəstələri düzüb, Ulu Öndərin əziz xatirəsini ehtiramla yad ediblər.

 

Daha sonra Azərbaycan xalqının dahi rəhbəri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü və müstəqilliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra mərasimdə çıxış edənlər ümummilli lider Heydər Əliyevin ordu quruculuğu sahəsində gördüyü böyük işlərdən bəhs ediblər. Qeyd olunub ki, bu siyasət Ulu Öndərin layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilir. Məhz Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin müdrik rəhbərliyi altında şanlı Ordumuz Ermənistan tərəfindən 30 ilə yaxın müddətdə işğal altında saxlanılan əzəli torpaqlarımızı 44 günə işğaldan azad etdi, ərazi bütövlüyümüz bərpa olundu.

Çıxışlarda qeyd olunub ki, Mülki müdafiə qoşunlarının şəxsi heyəti nəinki ölkəmizdə, eləcə də ölkəmizin sərhədlərindən kənarda baş verən təbii fəlakətlərin nəticələrinin aradan qaldırılmasında fədakarlıqla xidmət göstərirlər. Bu çərçivədə, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin göstərişinə əsasən qardaş Türkiyə Respublikası ərazisində baş verən dağıdıcı zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarında Mülki müdafiə qoşunlarının şəxsi heyəti fədakarlıqla iştirak edir.

Gənc əsgər Mətin Məsimli çıxış edərək hərbçi yoldaşları adından əsgəri borcu şərəflə yerinə yetirəcəklərinə, baş verə biləcək fövqəladə hallar zamanı zərərçəkən insanların xilas edilməsi üçün əllərindən gələni əsirgəməyəcəklərinə, verilən tapşırıqları sözsüz yerinə yetirəcəklərinə, Vətənə və dövlətə sədaqətlə xidmət edəcəklərinə təntənəli söz verib.

Mərasim gənc əsgərlərin təntənəli marşla tribuna önündən keçidi ilə başa çatıb.