Mumbayda təyyarənin qəzaya uğraması nəticəsində onlarla flaminqo ölübbackend

Mumbayda təyyarənin qəzaya uğraması nəticəsində onlarla flaminqo ölüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hindistanın qərbində, Mumbayda təyyarənin qəzaya uğraması nəticəsində 39 flaminqo ölüb. 300-dən çox sərnişini olan Emirates təyyarəsi hadisədən sonra təhlükəsiz eniş etdiyini açıqlayıb.

Editor.az xəbər verir ki, səlahiyyətlilər quşların normal marşrutlarından çıxıb uçuş yoluna düşüb-düşməmələrinin hələ aydın olmadığını bildiriblər. Məlumdur ki, hər il təxminən noyabr ayı ərzində minlərlə flaminqo Mumbaya köç edir və bir neçə ay ərzində şəhərin bataqlıq ərazilərini öz evlərinə çevirirlər.

Emirates sözçüsü yerli mediaya Dubaydan Mumbaya uçan təyyarənin eniş zamanı quş zərbəsinə məruz qaldığını təsdiqləsə də, təyyarə təhlükəsiz eniş etdi və bütün sərnişinlər, ekipaj xəsarət almadan təyyarəni tərk etdiyini deyib.

Ekoloqlar yerli mətbuata bildiriblər ki, qəza quşların yaxınlıqdakı sığınacağa doğru uçarkən yolunu dəyişmək məcburiyyətində qalması nəticəsində baş vermiş ola bilər və vəziyyəti ərazidə çəkilən elektrik naqillərində görürlər.

//Gülnarə Abasova, Editor.az