İstanbulda 4 nəfər arasında mübahisə atışma ilə nəticələnib, yaralananlar və ölənlər var.
Editor.az xəbər verir ki, hadisə türk əsilli İsveç vətəndaşları arasında baş verib. Onlardan biri 3 nəfərlə mübahisə edib və münaqişə zamanı atəş açılıb.
Atışma nəticəsində bir nəfər ölüb, bir nəfər isə yaralanıb. İstanbul polisi hadisə ilə bağlı araşdırma aparır.
//Samir Qurbanov, Editor.az

