“Münaqişə “soyumağa” doğru gedir”- Millət vəkilibackend

“Münaqişə “soyumağa” doğru gedir”- Millət vəkili

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“İsrail artıq ABŞ-ın çağırışlarına əməl edir və Qəzzadan silahlıların bir hissəsini çıxarmağa başlayıb”.

Bu sözləri Editor.az-a İsrail-Fələstin müharibəsi ilə bağlı şərh verərkən millət vəkili Tahir Kərimli deyib.

Deputat bildirib ki, ABŞ ilk dəfədir ki, İsrail nazirlərinin Qəzzadan 2.4 milyon nəfər ərəbin ölkədən çıxarılması ilə bağlı çağırışlarına narahatlığını bildirib:

“İsrail müdafiə nazirinin bildirdiyinə görə, İsraildəki 15 min terrorçudan bir neçə mini qalıb, 15 batalyon tamamilə məhv edilib. Eyni zamanda, ilk dəfədir ki, 18 ildən sonra İsrail Beyruta zərbələr endirdi və böyük ehtimalla bu zərbələr bombardmançı təyyarələrlə endirilib. Çünki binalara ciddi zərər dəyib.

HƏMAS hərəkatı hələ davam edir, amma müəyyən koordinasiya işlərinin pozulduğu göz önündədir. Hazırda münaqişə “soyumağa” doğru gedir”.

//Səbinə Hüseynli, Editor.az