“Münasibətlərin normallaşmasından ən çox qazanan Ermənistan olacaq” -AÇIQLAMAbackend

“Münasibətlərin normallaşmasından ən çox qazanan Ermənistan olacaq” – Millət vəkilindən AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Son dövrlərdə Ermənistanın Azərbaycanla şərti sərhəd ərazilərində təxribat cəhdləri, münasibətləri gərginləşdirmək üçün həyata keçirilən müxtəlif hiyləgər planlar şübhəsiz ki, razılaşmanın pozulmasına hesablanmış cəhdlərdir”.

Bu fikirləri Editor.az-a açıqlamasında Milli Məclisin deputatı Ramil Həsən bildirib.

Millət vəkili Vaşinqtondan sonra Brüsseldə baş tutan üçtərəfli görüşün nəticələri ilə bağlı Şarl Mişelin verdiyi açıqlamalara diqqət çəkib:

“Güclü Azərbaycan və Türkiyə birliyi bölgəyə sülh və sabitlik təminatı kimi zəmanət verməkdədir. Bu baxımdan Ermənistan normal münasibətlər qurmağa cəhd etsə də ən çox qazanan tərəflərdən biri də elə özü olacaq. Amma indi Laçınla sərhəddə yenidən etiraz aksiyaları keçirmək kimi cəhdlər də siyasi cəhətdən təxribatın yeni bir modeli qiymətləndirilir. Ermənistanın həyata keçirdiyi hər hansı aksiyanın qanun çərçivəsində Azərbaycan ərazisində olmadığı üçün bunu münasibətlərin korlanması istiqamətində atılmış addım kimi qiymətləndirə bilərik”.

Deputatın sözlərinə görə, may ayının sonunda, iyun ayının əvvəlində Maldovada İkinci Avropa Sammitinin keçirilməsi nəzərdə tutulur:

“Tərəflər Almaniya kansleri Olaf Şolts və Fransa prezidenti Emmanuel Makronun da iştirakı ilə görüş keçirilməsində razılığa gəliblər. Sözügedən görüşün keçirilməsi ərəfəsində rəsmi İrəvan hər hansı təxribata əl atarsa, münasibətləri gərginləşdirməklə yanaşı, imzalanması nəzərdə tutulan sülh müqaviləsini ləngidə, delimitasiya və demarkasiyanı özündə ehtiva edən məsələlərə zərər vura bilər. Azərbaycan güclü dövlətdir. Xarici və daxili siyasətində beynəlxalq hüququn norma və prinsipləri qorunur. Ermənistanla olan münasibətlərə gəlincə, prezident İlham Əliyevin də qeyd etdiyi kimi əgər rəsmi İrəvan sülh istəyirsə, bu baş tutacaq, yox istəmirlərsə bölgədə sülh olmayacaq. Azərbaycan sülhə hər tərəfli razıdır “.

//Safura Bənnayeva, Editor.az