Münhen Təhlükəsizlik Konfransının keçmiş rəhbəri (2008-2022-ci illər) Volfqanq İşinqer hesab edir ki, artıq Ukraynada “sülh prosesinə başlamaq” lazımdır.
Bunun üçün ABŞ, Böyük Britaniya, Fransa və Almaniyanın daxil olduğu təmas qrupunun yaradılması tələb olunur.
Editor.az bildirir ki, bu barədə o, Almaniyanın “Tagesspiegel” qəzeti üçün yazdığı məqalədə deyib. İşinger Ukraynaya silah və maliyyə dəstəyinin davam etdirilməli olduğunu bildirərək hesab edir ki, “biz Ukraynanın bu gün danışıqlara hazır olmasını tələb etməkdən danışa bilmərik.
Bununla yanaşı, sülh prosesinə başlamağın vaxtı çatıb”. Volfqanq İşinqer münaqişənin sülh yolu ilə nizamlanması üzrə danışıqlar zamanı “vasitəçilik qrupunun əsasını və ya ən azı bir hissəsini təşkil edə” bilən təmas qrupunun yaradılmasına çağırıb. Qeyd edək ki, Rusiya ilə Ukrayna arasında danışıqlara 2022-ci ilin mayında xitam verilib.
Oktyabr ayında Ukrayna prezidenti Volodimir Zelenski, Vladimir Putin prezident olduğu müddətdə Rusiya prezidenti ilə gələcək danışıqların mümkünlüyünü istisna edən fərman imzalayıb. 2023-cü il fevralın sonunda Kreml vəziyyətin həlli üçün hələ heç bir ilkin şərtlərin sürülməməsinin vacibliyini bəyan edib.
//Samir Qurbanov, Editor.az