Ermənistanda Lori bölgəsində erməni monastırında məbəd qarət edilib. Ermənistan mətbuatı bu cinayətdən yazır.
Qarət Axtaladakı (Ağ tala – red.) bir monastırda baş verib. Soyğunçular Boqomateri kilsəsinin qapısını sındıraraq, oradan iki sandıq və kilsə üzvləri tərəfindən toplanan ianələri oğurlayıblar.
Bundan əlavə, naməlum şəxslər şam satılan mağazaya giriblər. Onlar şüşəni dəmir çubuqla sındıraraq pəncərədən içəri giriblər. Cinayətkarlar oradan 51 min dram (133 dollar) götürüblər.
Shamshyan.com xəbər verir ki, soyğunçular keşişin kabinetinə girib xaçı oğurlayıblar.
//Samir Qurbanov, Editor.az

